
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, peyk görüntüləri İranda bütün nüvə obyektlərinə genişmiqyaslı zərər vurulduğunu göstərib: “Burada “məhv edilib” ifadəsini işlətsək, daha dəqiq olar”.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə Tramp ABŞ qüvvələrinin İranda üç nüvə obyektinə - Fordo, Natanza və İsfahanda uğurla zərbə endirdiyini açıqlayıb. ABŞ lideri qeyd edib ki, Tehran münaqişənin başa çatdırılması ilə razılaşmalıdır.
Tehsil-press.az