Baş məşqçisini dəyişən komandadan 20-yə yaxın futbolçu göndərildi

Baş məşqçisini dəyişən komandadan 20-yə yaxın futbolçu göndərildi Araz Bağırovu baş məşqçi postuna gətirən «Difai»də radikal islahatlar start götürüb.

Ötən mövsüm «Kəpəz»də Azər Bağırovun köməkçisi işləmiş mütəxəssislə 3 illik müqavilə imzalayan «fədailər» 20-yə yaxın futbolçu ilə yollarını ayırıb.

O komandadan cəmi 3-4 nəfər saxlanılıb. Nigeriyalı hücumçu Muhammed Alfa və kamerunlu hücumçu Kristian Kamta da bura daxildir.

Kütləvi «təmizləmə»yə başlayan Qarabağ qazilərinin təmsilçisi paralel olaraq yeni heyət qurmaq yolunda addımlar atmaqdadır. Hazırda xeyli sayda futbolçu ilə danışıqlar gedir.

2023-cü ildə I Liqada debüt edən «Difai» ikinci mövsümdə də çempionatdakı yerini qorumağı bacarıb.

Tehsil-press.az

Oxşar xəbərlər