Bu barədə Amerika lideri “Truth Social”da yazıb.
"İsrail və İran 12 saat müddətinə tam atəşkəs barədə razılığa gəliblər (indiki vaxtdan təxminən 6 saat sonra, İsrail və İran cari və son əməliyyatlarını başa çatdırdıqda!) və bu andan müharibə bitmiş hesab olunacaq", – Tramp qeyd edib.
Onun sözlərinə görə, ilk olaraq İran atəşi dayandıracaq, "12-ci saatda" bunu İsrail də edəcək.
"24-cü saatda dünya 12 günlük müharibənin bitməsini qeyd edəcək, bu müharibə illərlə davam edə və bütün Yaxın Şərqi məhv edə bilərdi", – o əlavə edib.
Bundan öncə İran təcili bəyanat yaymışdı.
Tehsil-press.az