Kənd Təsərrüfatı Nazirliyi və Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin birgə təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə şəhid ailələri ziyarət olunub. Tədbir çərçivəsində şəhid ailələri ilə görüşlər keçirilib, onların qayğıları və ehtiyacları dinlənilib.
Görüşlərdə şəhidlərimizin əziz xatirəsi yad edilib, onların şərəfli döyüş yolundan bəhs olunub. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb. Bildirilib ki, dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək hər kəsin vətəndaşlıq borcudur.
Şəhidlərimizin ailələri şəhidlərə, qazilərə, şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
Tehsil-press.az