İsrail və İran arasında münaqişənin kəskinləşməsindən sonra Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın zənginləşdirilmiş uranını izləmək imkanını itirib.Bu barədə agentliyin baş direktoru Rafael Qrossi bildirib.
“400 kiloqram uranın 60%-ə qədər zənginləşdirilməsi ciddi məsələdir. Bu material haradasa var, lakin hərbi əməliyyatlar başlayandan sonra agentlik onun izini itirib”, - MAQATE rəhbəri qeyd edib.
Qrossinin sözlərinə görə, İran istənilən halda agentliyin müfəttişlərinə materialın harada olduğunu göstərməyə borcludur.
Tehsil-press.az








