
Faciəvi hadisə paytaxt Bangidə çərşənbə günü baş verib. Elektrik transformatorunda baş verən partlayış məktəbdə təlaşa səbəb olub. Hadisə zamanı təxminən 5 min tələbə buraxılış imtahanı verirdi. Partlayışın ardından tələbələr kütləvi şəkildə məktəbi tərk etməyə çalışıb və yaranan izdihamda çox sayda insan tapdanıb.
Rəsmilərin verdiyi məlumata görə, xəsarət alanların sayı 260-ı keçib. Bəzi tələbələr həyacanla həyətdən aşağı mərtəbələrə tullanaraq ağır xəsarət alıblar. Ölənlərin bir hissəsi hadisə yerində, digərləri isə xəstəxanalarda həyatını itirib.
Mərkəzi Afrika Respublikasının Prezidenti Faustin-Archange Touadera hadisə ilə bağlı üç günlük matəm elan edib. O, faciədə həlak olanların ailələrinə başsağlığı verib və məsələ ilə bağlı araşdırma başladıldığını bildirib. Hadisənin səbəbləri araşdırılır.
Tehsil-press.az