“Orta məktəbi əla qiymətlərlə başa vuran abituriyentin qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərməsi düşündürücüdür. Bununla bağlı mütləq araşdırma aparılmalıdır ki, onlar hansı məktəblərdə təhsil alıblar”.
Bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
O bildirib ki, əla qiymətlə oxuyan şagirdin orta təhsili başa vurduqdan sonra aşağı nəticə göstərməsi mümkün deyil:
"Məktəblərdə qiymətləndirmədə kifayət qədər qüsurlar var. Bizə də bu cür informasiyalar daxil olur. Bir çox hallarda məktəb direktorları, sinif rəhbərləri bu prosesdə qeyri-obyektivlik nümayiş etdirirlər. Belə hallara görə məktəb direktorları ilə bağlı araşdırma aparılmalı, onlar cəzalandırılmaldıır. Çünki şagird qiymətləndirilməsi tədrisin keyfiyyətini əks etdirməlidir. Müəllim əxlaqı bu cür hallara yol verməməlidir. Bunu edənlər varsa, məktəbdən kənarlaşdırılmalıdır" .
Tehsil-press.az