Qusarda yol qəzası- Əcnəbiləri daşıyan mikroavtobus aşdı

Qusarda yol qəzası- Əcnəbiləri daşıyan mikroavtobus aşdı Qusar rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan mikroavtobus rayonun Çiləgir kəndi ərazisində yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 3 Azərbaycan və 5 Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Tehsil-press.az


Oxşar xəbərlər