ADDA tələbələri “YayFest- gənclər düşərgəsi” layihəsində iştirak ediblər

ADDA tələbələri “YayFest- gənclər düşərgəsi” layihəsində iştirak ediblər Cəmiyyətimizin hər bir təbəqəsi kimi Azərbaycan gəncliyi də daima ölkə rəhbərliyinin qayğısını öz üzərində hiss edir. Həm təhsil, həm də iş fəaliyyətlərində onların yanında olmaqla yanaşı istirahət vaxtlarının da səmərəli və maraqlı keçməsi də dövlətin diqqət mərkəzindədir.
İyulun 14-dən 18-dək Vətənimizin gözəl məkanlarından biri olan Qusar rayonunda “YayFest- gənclər düşərgəsi” 500-dən çox Azərbaycan gəncinin 5 gün müddətində istirahət etdiyi məkana çevrildi. Statistikaya görə ölkəmizə gələn tursitlərin ən çox üz tutduğu məkanlardan sayılan Şahdağ Qış-Yay Turizm Komlkesi bu dəfə öz qapılarını düşərgənin sakinləri üçün açdı.
Düşərgə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. AGF-dan verilən məlumata görə düşərgənin məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, onlar arasında vətənpərvərliyin, təhsilin və sağlam həyat tərzinin təşviqindən ibarət idi.
Azərbaycan Dövlət Dəniz Akademiyasının bir qrup tələbəsi də “YayFest- gənclər düşərgəsi”-nə dəvət olunanlar arasında olub.
Düşərgənin ilk günündə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə gənclərin təşəbbüsü ilə kütləvi fləşmob keçirilib, Ulu Öndərin Qusar rayonunda ucaldılmış abidəsi ziyarət olunub.
Düşərgənin təşkil olunduğu 5 gündə 7 müxtəlif mövzu üzrə maraqlı panel-təlimləri keçirilib. “Heydər Əliyev və Azərbaycançılıq”, “Karyera və şəxsi inkişaf”, “Azərbaycan tarixi” və başqa mövzularda keçirlilən panellərdə hər bir mövzu üzrə dəvət olunan mütəxəssislər tərəfindən gəcnlərə geniş məlumat verilib.
Düşərgə iştirakçılarına Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələri tərəfindən müxtəlif tipli hərbi texnika, helikopter və pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuş imkanları nümayiş etdirilib.

ADDA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər