“Speak out” natiqlik məktəbi Şəki şəhərində başa çatıb

“Speak out” natiqlik məktəbi Şəki şəhərində başa çatıb Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən Şəki şəhərində keçirilən “Speak out” natiqlik məktəbi başa çatıb.
10-14 sentyabr 2019-cu il tarixlərini əhatə edən Natiqlik məktəbində gənclər “Natiqlik sənəti”, “Bədən dili”, “Diksiya”, “Ünsiyyət bacarıqları” təlimləri, “Nə?, Harada?, Nə zaman?”, “Breyn rinq” intellektual oyunu, debat oyunu, “Code Tusi” komanda oyunda iştirak ediblər.
Natiqlik məktəbində Bakı şəhəri ilə yanaşı 10 regiondan olmaqla (Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz, Ş. Aran, Mərkəzi Aran və Q. Aran, Yuxarı Qarabağ, Lənkəran, Gəncə-Qazax və Şəki-Zaqatala Regionları) 34 gənc iştirak edib.
“Speak out” natiqlik məktəbinin məqsədi gənclərin natiqlik bacarıqlarının artırılması, mövzuların araşdırılmasında kömək edilməsi, gənclərin araşdırma qabiliyyətinin inkişaf etdirilməsi, dünyagörüşünün genişləndirilməsi, komanda ruhunun və fəallıqlarının artırılması olmuşdur.

Mətbuat Xidməti


Oxşar xəbərlər