Ali təhsilin bakalavriat səviyyəsinin tələbələri arasında keçirilən Olimpiadada BDU komandası kibertəhlükəsizlik, şəbəkə təhlükəsizliyi, rəqəmsal kriminalistika, kriptoqrafiya və sistem müdafiəsi istiqamətində bacarıqlarını inkişaf etdirərək hakatonu yüksək dərəcə ilə başa vurublar.
Komandanın məşqçisi İsmayıl Zeynalov, üzvləri isə BDU tələbələri Sübhan Sultanov (II kurs), Kənan Rəsulov, Cəmil Cəfərli (III kurs) və Əli Quliyev (IV kurs) olub.
Tələbələrimizi təbrik edir, uğurlar arzulayırıq!
Tehsil-press.az








