Arizona ştatının Gila dairəsi Şerif Ofisinin məlumatına görə, o, 13 yaşında ikən evdən çıxaraq atının saxlandığı tövləyə gedib və bundan sonra izsiz yoxa çıxmışdı.
Hadisədən sonra polis və könüllülərin iştirakı ilə genişmiqyaslı axtarışlar aparılsa da, illərlə nəticə əldə olunmayıb və iş “soyuq dosye” kimi bağlanmışdı. 2026-cı ildə isə istintaq yenidən açılıb və müasir texnologiyaların köməyi ilə qadının sağ olduğu müəyyən edilib.
Rəsmilərin bildirdiyinə görə, araşdırmada süni intellekt dəstəkli məlumatların müqayisəsi — fotoşəkillər, barmaq izləri və itkin şəxslər bazasının uyğunlaşdırılması əsas rol oynayıb.
Məlum olub ki, Kristina Mari Plante illər boyu başqa ad altında, başqa ailə ilə birlikdə yaşayıb və keçmişi barədə heç kimə məlumat verməyib. Hazırda onun 40-dan çox yaşı var.
Hüquq-mühafizə orqanları qadının şəxsi həyatına hörmət edərək onun harada yaşadığını və bu illər ərzində hansı şəraitdə olduğunu açıqlamır. Bildirilir ki, hazırda hadisə ilə bağlı aktiv cinayət işi aparılmır.
Tehsil-press.az






