PƏRM-ə daha 71 nəfər qəbul edildi

PƏRM-ə daha 71 nəfər qəbul edildi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə bu il daha 71 nəfər qəbul edilib.

Hazırda müəssisədə 110 nəfərə peşə və sosial reabilitasiya xidmətləri göstərilir.

Onlardan 52 nəfəri müxtəlif peşələr üzrə hazırlıq kurslarında bilik və bacarıqlara yiyələnir, 15 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edilir, 43 nəfəri isə müxtəlif təlimlərdə iştirak edir, boccia və digər idman növləri üzrə bacarıqlarını təkmilləşdirir.

Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana və yeməklə də təmin olunurlar.

Burada peşə və sosial reabilitasiya xidmətlərinə cəlb edilmiş gənclər digər ölkələrdəki müvafiq peşə dərnəklərinə və təcrübə proqramlarına da göndərilirlər.

Ötən il Mərkəzdən daha 21 gənc həmin proqramlara cəlb edilib.

Tehsil-press.az

Oxşar xəbərlər