
Bu barədə cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
Məlumatda qeyd olunub ki, yaşayış kompleksinin podratçısı tərəfindən binaların vəziyyəti müntəzəm olaraq yoxlanılır və zəruri profilaktik tədbirlər həyata keçirilir.
12:00
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Qobu Park-2" yaşayış kompleksində binaların altına dolan qrunt sularının qarşısını almaq üçün istifadə edilən beton növbəti dəfə avtomobil yolunu sıradan çıxarıb.
Sakinlərin sözlərinə görə, bir müddət əvvəl qrunt sularının təsirindən əyilən binaların stabilliyini bərpa etmək üçün onların altına xüsusi beton vurulub.
Beton çatları doldurmaq və konstruksiyaları sabitləşdirmək üçün istifadə edilsə də, zamanla normadan artıq şişərək yaşayış kompleksinin yaxınlığındakı avtomobil yolunun səthini deformasiyaya uğradıb. Nəticədə isə yol sıradan çıxıb. Yolların isə sıradan çıxması sakinlərə çətinlik yaradıb.
Məsələ ilə bağlı aidiyyəti qurumlara informasiya sorğusu ünvanlanıb.
Tehsil-press.az