
Həmin qadın, onun bu videosu birmənalı qarşılanmayıb və qadın istifadəçilər arasında ciddi narazılıq yaradıb.
Gənc qadın paylaşımında "Çirkli şortla evdə ərini qarşılamamışdan əvvəl, onun çöldə 20 santimetrlik ətək geyinmiş qadınların arasından gəldiyini unutma" kimi ifadələr işlədib.
Paylaşımın altına şərh yazan qadınların çoxu bu sözlərin kişi mərkəzli düşüncə tərzini gücləndirdiyini bildirərək etiraz ediblər.
İstifadəçilərin reaksiyalarından bəziləri belədir:
"Bu sözlər məndə nifrət hissi oyadır", "getmək istəməyən kişi və ya qadın heç yerə getməz, bacım", "heç kim əxlaqsızlığına, vəfasızlığına bəhanə axtarmasın", "bu məntiqə görə, Adriana Limanı aldatmamalıydılar", "Elə bil qadınlar yalnız kişiləri razı salmaq üçün varmış kimi danışan patriarxal düşüncəli və köhnə təfəkkürlü qadınlardan iyrənirəm".
Tehsil-press.az