Novxanıda dənizdə batan şəxslərdən biri görün kim imiş – TƏFƏRRÜAT

Novxanıda dənizdə batan şəxslərdən biri görün kim imiş – TƏFƏRRÜAT Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.

Həyatını itirənlərdən biri, 2002-ci il təvəllüdlü Arif Əsədullayev Dövlət Sərhəd Xidmətində (DSX) baş çavuş imiş.

O, suda batan 15 yaşlı yeniyetməni xilas etmək istəyərkən boğulub.

A.Əsədullayevin hərbi xidmətdən məzuniyyətə gəldiyi bildirilib.

***

Abşeron rayonunda iki nəfər dənizdə batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Tehsil-press.az

Oxşar xəbərlər