
Eyni zamanda indiyədək sertifikatlaşdırmadan keçməyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri sertifiksiyada iştirak ediblər.
Ümumilikdə 7 318 müəllimin cari ildə keçirilən qiymətləndirmə prosesində uğursuz nəticə göstərərək əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilmiş 7 318 müəllimin regionlar üzrə statistikası hər kəs üçün maraqlıdır.
Xatırladaq ki, rəsmi açıqlamada ən uğursuz nəticə göstərən ünvan kimi Astara göstərilmişdi.
Mövzu ilə bağlı regionlar arasında sorğu keçirib.
Şirvan-Salyan Təhsil İdarəsindən bildirilib ki, bölgə üzrə ümumilikdə 98 müəllimin əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Şirvan-Salyan Təhsil İdarəsinin tabeliyində olan Salyanda 34, Şirvanda 14, Biləsuvarda 21, Hacıqabulda 9, Nefçalada isə 20 müəllim işdən sertifikasiyadan uğursuz nəticə əldə edərək müəllimlikdən azad olunublar.
Digər regionlardakı müvafiq göstəricilərlə bağlı nəticələr barədə də məlumatları diqqətə çatdıracağıq.
Tehsil-press.az