
Aktrisa instaqramda paylaşım edərək ad günü olduğunu qeyd edib.
Ülviyyə rəfiqələri ilə birlikdə ad günü tortunun şamlarını üfürüb. Həmin görüntüləri şəxsi instaqram hesabında paylaşan aktrisa günə ağlayaraq başladığını vurğulayıb:
"Doğum günümə hər şeyi başqa planlamışdım. Amma tam başqa oldu. Günə ağlayaraq başlayıb, dostlarımın sayəsində gülərək sonlandırdım. Yaxşı ki, varsınız. Təbrik edən də, etməyən də sağ olsun . Umduqlarımdan küsmüşəm.. Xəbəriniz olsun".
Xatırladaq ki, Ülviyyə Xəlilbəyli həmkarı Murad İsmayılla ailə qurub daha sonra ayrılıb. Cütlüyün iki övladı var.
Tehsil-press.az