Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi 7 ünvanında fəaliyyət göstərən "Səbinə" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, bu səbəbdən sözügedən şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Tehsil-press.az







