Psixoloji sarsıntı keçirən şagirdlər və yeniyetmələr bu qrupların təsirinə düşərək qisas almaq məqsədilə ağır cinayət törədərək “səni əzəni öldür” təbliği edirlər”.
Dünya psixoloqları və həkimləri uşaqların və gənclərin sosial şəbəkələrin fəsadlarından qorunması üçün həyəcan təbili çalır. “Həyəcanlı nəsil” anlayışı ortaya çıxıb.
Cənubi Koreya həkimləri “rəqəmsal kəmağıllıq, oliqofreniya” adlı yeni xəstəliyin yaranmasını bəyan ediblər. Bu, çox sürətlə insanın idrak qabiliyyətinin aşağı düşməsini xarakterizə edir. Mütəxəssislər deyirlər ki, əsas risk qrupu – yeniyetmə çağında müxtəlif qadjet və kompüterdən istifadə edənlərdir. Koreya həkimləri bunun ilk simptomlarını hələ 20 il bundan öncə qeydə alıblar. Onlar aşkar ediblər ki, informasiya texnologiyalarından qeyri-rasional istifadə nəticəsində beynin sol yarımkürəsi inkişaf edir, sağ yarımkürə isə dayanır. Bunun nəticəsində gənc insanlar inkişafdan qalırlar ki, bu da müxtəlif növlü kəmağıllıq əmələ gətirir. Cənubi Koreya hökuməti məcburiyyət qarşısında qalıb, bütün ölkə üzrə kompüter və “Dünya Hörümçək Toru”ndan asılı olanlar üçün xüsusi kursların yaradılmasına qərar verib.
Məşhur psixoloq-professor Conatan Haydt “Narahat nəsil” kitabında rəqəmsal epoxada aşağıdakı islahatları təklif edir:
-Yuxarı siniflərə qədər heç bir smartfon. Uşaqların gün boyu internetə çıxışlarını qadağan etmək üçün valideynlər onlara (9-cu sinifə qədər) adi telefon (internet-brauzersiz) verməlidirlər.
-16 yaşına qədər heç bir sosial şəbəkə. Uşaqları bu yaşa qədər sosial şəbəkələrdən aralı saxlamaq lazımdır. Uşaqların bu həssas dövründə onların zehninin inkişafının təbii yollarını seçin.
-Məktəblərdə telefon qadağan olunmalıdır. Bütün məktəblərdə - ibtidai təhsildən tutmuş tam orta təhsilə qədər uşaqlar telefonlarını, smart-saatlarını və digər qurğuları xüsusi şkaflara, yaxud çantalarına yerləşdirməlidirlər. Yalnız bundan sonra onlar bir-biriləri və müəllimləri ilə ünsiyyət qurmağa maraq göstərə bilərlər.
-Geniş sərbəstlik və oyunlarda sərbəst (müdaxiləsiz) hərəkət. Məhz bunun hesabına uşaqlar sosial bacarıqlarını inkişaf etdirə, qorxunu aradan qaldıra və müstəqil şəkildə böyüyə bilərlər.
Qardaş Türkiyənin iki əyalət şəhərində (Kahramanmaraş və Şanlıurfa) məktəblərə ard-arda edilmiş silahlı hücum və çoxlu sayda yeniyetmənin həlak olması və yaralanması Azərbaycanda dərin kədərlə qarşılanıb. Faciə ilə bağlı qardaş ölkəyə başsağlığı veririk.
Etibar Əliyev: “Biz universitetlərimizi də qorumalıyıq, müəllimlərə də qayğı göstərməliyik”
Etibar Əliyev, təhsil eksperti,
sabiq millət vəkili
sabiq millət vəkili
Tehsil-press.az








