
Prorektor Nərgiz İsmayılova öz istəyi ilə ərizə yazaraq vəzifəsindən gedib.
Onun başqa bir sahədə yüksək vəzifəyə təyin olunacağı bildirilib. Hələlik Nərgiz İsmayılovanın yerinə yeni təyinat yoxdur.
Qeyd edək ki, Nərgiz İsmayılova keçən il bu vəzifəyə təyin edilib.
Xatırladaq ki, Qarabağ Universiteti Prezidentin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitetin rektoru Şahin Bayramovdur.
Tehsil-press.az