
Bu barədə NBC məlumat yayıb.
Görüş iki mərhələdə keçiriləcək: əvvəlcə AB Zelenski ilə danışıqlar aparacaq, daha sonra Amerika nümayəndə heyəti də işə qoşulacaq. Daha sonra Zelenskinin tərəfdaş ölkələrə ayrıca zəngi olacaq.
“Danışıqlar döyüşlərə son qoyulmasını müzakirə etmək üçün Alyaskada Tramp-Putin sammiti öncəsi keçirilir”, - NBC xəbər verir .
Xatırladaq ki, Donald Tramp və Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcək .
Kreml sammitin tarixini və yerini təsdiqləyib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Alyaskanın seçilməsiməntiqlidir – Rusiya Federasiyası və ABŞ-ın iqtisadi maraqları burada, o cümlədən Arktikada kəsişir.
Danışıqların əsas mövzusu Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həllinin tapılmasıdır. Moskva Trampı növbəti görüşü Rusiyada keçirməyə dəvət edib.
Tehsil-press.az