Bəs bu danışıqların nəticəsi necə ola bilər?
Mövzu ilə bağlı "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, bu danışıqların nəticəsi olmayacaq:
"Çünki Rusiya tərəfi Putin konkret olaraq güzəşt etməyi nəzərdə tutmur və işğal olunmuş Ukraynanın dörd böyük ərazisini əlində saxlamaqda qətiyyətlidir. Ona görə də bu danışıqların effekt verəcəyi inandırıcı görünmür. Fakt budur ki, Tramp hakimiyyətə gələndən apardığı müxtəlif formatlı danışıqlar istər güzəşt, istər hədələmə dilində nəticə vermir. Rusiya bu əraziləri boşaltmır və hər hansı güzəştli addım atmağı düşünmür. Məsələ qalır yalnız Putinə və Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək və hərbi aktivliyi artırmaq. Bu, müəyyən güzəştlərə səbəb ola bilər, amma danışıqlar yolu ilə nəticə alınmır".
Tehsil-press.az