Avropa Qran Prisinin vaxtı dəyişdi

Avropa Qran Prisinin vaxtı dəyişdi Avropa Qran Prisinin başlama vaxtı dəyişdi.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, yay vaxtına keçidin ləğv olunması ilə əlaqədar yarış saat 5-də başlayacaq. "Formula-1” Rəhbərliyi (FOM) ötən həftəsonu sözügedən dəyişikliyi təsdiq edib. Yarışın başlama vaxtının dəyişdirilməsi saatı irəli çəkən ölkələrdə izləyicilərə təsir etməyəcək. Belə ki, yarışın rəsmi açılışı Mərkəzi Avropa Vaxtı ilə saat 3-də baş tutacaq. Bu yarış həmin saatda yekunlaşacaq 24 saat Le Manş rallisi ilə üst-üstə düşməyəcək.

tehsil-press.az