Vakant direktor vəzifələrinə yerləşdirmə başlanır

Vakant direktor vəzifələrinə yerləşdirmə başlanır Dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün müsabiqə keçirilib, onun test mərhələsində 1500-dək namizəd iştirak edib. Müsabiqə mərhələsini uğurla başa vurmuş 730 namizədlə müsahibələr 2018-ci il dekabrın 5-dən 2019-cu il yanvarın 26-dək keçirilib. Müsahibənin nəticələrinə əsasən, 228 nəfər namizəd ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunmaq hüququ qazanıb.
Bu barədə Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Eşqi Bağırov jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, hazırda Təhsil Nazirliyi tərəfindən müsabiqənin yekun – yerləşdirmə mərhələsi reallaşdırılır. Müsahibədə uğur qazanan namizədlər fevralın 6-dan etibarən nazirliyə dəvət olunacaq və onlara müvafiq vakant yerlər təklif ediləcək. Vakant yerlər namizədlərə onların bilik və bacarıqlarına uyğun təklif olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər