Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları “LU-MUN HOLDİNG”in törəmə şirkəti olan “Azerbaijan Fish Farm” MMC-nin Neftçala rayonunda yerləşən Kür-Təcrübi Nərə Balıqartırma Zavodunda 22 may - Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunan tədbirdə iştirak ediblər.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Kənd Təsərrüfatı Nazirliyinin, BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və ölkəmizdəki diplomatik korpusların nümayəndələri, BDU rektorunun gənclər siyasəti və sosial məsələlər üzrə müşaviri Xumar Məmmədbağırova, rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova və Protokol sektorunun müdiri Cahan Qənizadə iştirak ediblər.
Tədbirdən sonra iştirakçılar Kür-Təcrübi Nərə Balıqartırma Zavodunda yetişdirilmiş 50000 nərə balığının Xəzər dənizinə ətraf mühitin qorunması və dəniz biomüxtəlifliyinin bərpa edilməsi məqsədilə buraxılması mərasiminə qatılıblar.
Qeyd edək ki, bu ilin əvvəlində BDU və “LU-MUN HOLDİNG” arasında arasında elmi-texniki fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi məqsədilə müqavilə imzalanıb.
Tehsil-press.az