Baş nazir bu addımın səbəbini ötən il Melburndakı sinaqoq və Sidneydəki Lewis Continental restoranına hücumlarla bağlı aparılan istintaqla əlaqələndirib. Onun sözlərinə görə, Avstraliya Milli Təhlükəsizlik Agentliyi (ASIO) İran hökumətinin həmin hücumların arxasında dayandığına dair “etibarlı kəşfiyyat məlumatı” əldə edib.
Albanese deyib: “Bunlar Avstraliya torpağında xarici ölkə tərəfindən həyata keçirilən çox təhlükəli fəaliyyətlərdir və qəbuledilməzdir.”
ASIO-nun rəhbəri Mayk Burgess bildirib ki, hücumlar İran tərəfindən muzdlu şəxslər vasitəsilə həyata keçirilib. Onun sözlərinə görə, Avstraliyada fəaliyyət göstərən digər iranlı diplomatların hadisələrdə iştirakı təsbit olunmayıb, lakin onların mümkün əlaqələri araşdırılacaq.
Avstraliyanın xarici işlər naziri Penni Vonq bəyan edib ki, səfir Əhməd Sadiqi və daha üç iranlı diplomat ölkəni tərk etmək üçün 7 gün ərzində vaxt alıblar.
Bununla yanaşı, Avstraliyanın Tehrandakı səfirliyində fəaliyyət dayandırılıb və bütün avstraliyalı diplomatların ölkəni tərk etdiyi açıqlanıb.
Tehsil-press.az