BDU-nun Jurnalistika fakültəsində Əməkdar jurnalist Emin Musəvi ilə görüş

BDU-nun Jurnalistika fakültəsində Əməkdar jurnalist Emin Musəvi ilə görüş Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Əməkdar jurnalist, “ASAN Radio”nun direktoru Emin Musəvi ilə görüş keçirilib.

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev tələbələr üçün keçirilən belə görüşlərin jurnalistikanın nəzəri biliklərinin praktik mənada gücləndirilməsi üçün faydalı olduğunu və yeni təcrübə imkanları yaratdığını bildirib. Ölkə mediasında tanınmış və peşəkar jurnalistlərdən olan Emin Musəvi haqqında tələbələrə məlumat verib.

Emin Musəvi radiojurnalistikanın dinamikası, operativliyi və auditoriyaya təsir gücündən bəhs edib, bu sahədə çalışan jurnalistlərin yüksək diqqət və sosial məsuliyyət daşıdığını vurğulayıb, tələbələrə öz tövsiyələrini verib. Bu peşədə uğur qazanmağın əsas şərtlərindən biri kimi daim yenilikləri izləməyin, nitq qabiliyyətini inkişaf etdirməyin və praktiki təcrübəyə önəm verməyin vacib olduğunu bilidirib.

Qonaq tələbələri “ASAN Radio” və “ASAN TV” də təcrübə keçməyə dəvət edib, onların suallarını cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər