“Diferensial tədris” layihəsinə qoşulan məktəblərin pedaqoji kollektivləri ilə görüşlərə başlanılıb

“Diferensial tədris” layihəsinə qoşulan məktəblərin  pedaqoji kollektivləri ilə görüşlərə başlanılıb Layihə çərçivəsində Sumqayıt şəhəri 12 nömrəli tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi ilə görüş keçirildi.

Görüşdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, İdarə müdirinin müavinləri Aynur Rüstəmova, Aydın Rəhimov, tədrisin keyfiyyəti və yerli təhsil sektorlarının müdirləri və əməkdaşları, eləcə də məktəbin rəhbər və müəllim heyəti iştirak etmişdir.

Görüş zamanı direktor, direktor müavinləri, fənn müəllimlərinin milli qiymətləndirmə, buraxılış imtahanı, diaqnostik qiymətləndirmə barədə təhlilləri, fəaliyyət planlarını əhatə edən hesabatları dinlənilmişdir.

Hesabatlar əsasında qarşılıqlı müzakirələr aparılmış, müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün təklif və tövsiyələr verilmişdir.

Tehsil-press.az

Oxşar xəbərlər