
Bu sözləri müğənni Rəqsanə İsmayılovanın müğənni qızı sosial media hesabında yazıb.
O, sözlərini bu cür davam etdirib:
“Mən də sənətimi davam etdirməli, toy və tədbirlərdə iştirak etməklə həm özümə, həm də ailəmə güc verməliyəm. Anam hər zaman mənim yanımdadır, mən də onun gücündən ilham alıram. Mənə olan sevginiz və dəstəyiniz üçün hərkəsə sonsuz təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Rəqsanə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu növ cinayətdə ən əsası zərərçəkmişə dəymiş ziyanın ödənilməsi yüngülləşdirici hal hesab edilir. Əks halda şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Bu gün isə müğənninin həyat yoldaşı Fazil Əmiraslanovun ifadəsi alınıb. Polisə çağırılan F.Əmiraslanov istintaqın suallarını cavablandırıb.
Tehsil-press.az