Merkel "erməni soyqırımı" layihəsinin səs verməsinə qatılmayacaq

Merkel Almaniya kansleri səsvermə vaxtı konqresdə rəqəmsal təhsillə bağlı çıxış edəcək.

Almaniya kansleri Angela Merkel qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsinin səs verməsində iştirak etməyəcək. Tehsil-press.az-ın məlumatına görə, xarici işlər naziri Frank Valter Ştaynmayerin və baş nazir köməkçisi, Alman Sosial Demokrat Partiyasının lideri Siqmar Qabrielin də Almaniya parlamentindəki "erməni soyqırımı" qanun layihəsinin səsverməsinə qatılmayacaqları bildirilib.
Alman mediasında yer alan xəbərə görə, Merkelin sabah eyni saatda Berlində rəqəmsal təhsil mövzusunda keçirilən konqressdə çıxış edəcəyi bildirilir.
Xarici işlər naziri Ştaynmayerin də çox uzun müddətdir planlaşdırılan Latın Amerikası səfərinə çıxacağı bildirilir. SDP sədri Qabriel isə qanun layihəsini dəstəkləsə də daha əvvəldən planlaşdırıldığı üçün Alman Tikinti Sənayesi Gününə həsr edilmiş tədbirə qatılacaq.
Merkel "erməni soyqırımı" layihəsinin səs verməsinə qatılmayacaq
Almaniya parlamenti

Almaniya hökumətindən məclisdəki səs verməyə maliyə naziri Volfqanq Şoyble, müdafiə naziri Ursula von der Leyen, daxili işlər naziri Tomas de Maizer, federal iqtisadi əməkdaşlıq və inkişaf naziri Gerd Müller, səhiyyə naziri Herman Gröhe və ekalogiya naziri Barbara Hendrik qatılacaq.
Merkel "erməni soyqırımı" layihəsinin səs verməsinə qatılmayacaqMerkel "erməni soyqırımı" layihəsinin səs verməsinə qatılmayacaq
Martin Şefer-Almaniya xarici işlər nazirinin mətbuat katibi

Almaniya Xarici İşlər Nazirliyinin mətbuat şöbəsinin rəhbəri Martin Şafer Almaniya Federal Məclisində səs verməyə qoyulacaq qondarma erməni soyqırımı qanun layihəsi ilə bağlı fikirlərini bildirib.
"Ümüd edirəm ki, sabah parlamentdə qəbul ediləcək qərar Türkiyə Almaniya münasibətlərinə zərər yetirməz. Əksinə Türkiyə ilə birlikdə etdiymiz çox işlər var", - deyə o bildirib.
Ermənistan prezidenti Serj Sarkisyan sabah Almaniya Parlamentində səs verməyə qoyulacaq qondarma erməni soyqırımı layihəsi ilə əlaqədar alman millət vəkillərinə çağırış edərək onları "soqırımı" tanımağa çağırıb.
Merkel "erməni soyqırımı" layihəsinin səs verməsinə qatılmayacaq
Serj Sarkisyan - Ermənistan prezidenti

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə telefon əlaqəsi saxlayıb. Prezident telefon danışığı zamanı Angela Merkelə iyunun 2-də Almaniya parlamentində səsverməyə qoyulacaq qondarma erməni soyqırımı haqqında qanun layihəsi ilə bağlı narahatlığını bildirib.
Türkiyənin bu hadisə ilə bağlı həssaslığına diqqət çəkən Ərdoğan "Almaniyadan məsələyə ağıllı yanaşma gözləyirik" - deyə Merkelə xəbərdarlıq edib.
Merkel "məsələ ilə bağlı əlmizdən gələni edəcəyik" - deyə prezidentə bildirib.
"Bu qanun qəbul olunarsa, iki ölkə arsında ticarət, iqtisadi, siyası münasibətlər zədələnər. Düşünürəm ki, bunların hamsı nəzərə alınacaq. İndi qəbul olunmamış qərarı dəyərləndirməyin bir mənası yoxdur" - deyə prezident alman liderə xəbərdarlıq edib.
Merkel "erməni soyqırımı" layihəsinin səs verməsinə qatılmayacaq
Almaniya kansleri Angela Merkel və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan


Tehsil-press.az

Oxşar xəbərlər