Respublika şahmat turnirinin final mərhələsi

Respublika şahmat turnirinin final mərhələsi Mayın 31-də Təhsil Nazirliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ümumdünya Şahmat Olimpiadasının məktəblilər arasında təbliğinə həsr edilmiş Respublika şahmat turnirinin final mərhələsi keçirilib.
Turnirin finalında zona mərhələsi üzrə I və II yeri tutan komandalar mübarizə aparıblar.
Turnirin keçirilməsində əsas məqsəd şagirdlər arasında şahmat idman növünü daha geniş yaymaq və valideynlərin məktəb həyatında fəal iştirakını təmin etməkdən ibarətdir.
Aprel ayından başlanmış yarışlara 4000-dən artıq ümumi təhsil məktəbindən 55 000-ə yaxın iştirakçı cəlb edilib. Komandaların tərkibi VIII və daha aşağı sinif şagirdi olmaqla, 1 oğlan, 1 qız idmançı, həmçinin 1 valideyn və 1 müəllimdən ibarətdir.


Tehsil-press.az

Oxşar xəbərlər