
Turnirin əsas məqsədi ölkəmizdə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasını məktəblilər arasında təbliğ etmək, məktəb kollektivləri arasında sıx əlaqə yaratmaq və məktəblilərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.
6 zona (Bakı, Ucar, Quba, Lənkəran, Gəncə, Oğuz) üzrə keçirilən bu mərhələdə rayon mərhələsində birinci I yeri tutan məktəb komandaları mübarizə aparır. Ümumilikdə, zona yarışlarına 76 komanda üzrə 304 iştirakçı qatılıb. Hər komandanın tərkibi VIII sinif şagirdi olan 1 oğlan, 1 qız idmançı, eləcə də 1 valideyn və 1 müəllimdən ibarətdir.
Zona mərhələsi üzrə I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.
Final mərhələsi mayın 31-də Bakı şəhərində keçiriləcək.



Tehsil-press.az