
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Bu yaxınlarda Polşa Respublikası və Çexiya hakimiyyəti tamamilə uydurma və əsassız bəhanələrdən istifadə edərək, Belarus diplomatlarına öz ərazilərini tərk etmələri barədə göstəriş verib. Bu gün Çexiyanın Belarusdakı diplomatik missiyasının rəhbəri vəzifəsini icra edən Tomas Kril Xarici İşlər Nazirliyinə çağırılıb. “Persona non-qrata” elan edib, barəsində bu qərar verilmiş deiplomat 72 saat ərzində Belarusu tərk etməlidir”, - məlumatda bildirilib.
Bundan əlavə, Belarus Xarici İşlər Nazirliyi Polşanın müvəqqəti işlər vəkili Voysek Filimonoviçi Belarus-Polşa münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı ətraflı müzakirə üçün çağırıb.
Tehsil-press.az