
Baş Prokurorluqdan verilən məlumata görə, vətəndaş Z.M.Süleymanov dəfələrlə etdiyi şikayətlərində təkidlə keçmiş gəlininin öz azyaşlı övladına fiziki zor tətbiq edərək işgəncə verməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini tələb edib, lakin araşdırmalarla göstərilən faktlar təsdiq olunmayıb.
Müvafiq qərar Baş Prokurorluq tərəfindən də öyrənilərək qanuni və əsaslı hesab edilib, vətəndaş dəfələrlə qəbul edilərək dinlənilmiş və ona qanunvericiliyin tələbləri ətraflı izah olunsa da, sonuncu israrla əsassız tələblərini davam etdirib.
Tehsil-press.az