“Effect of different compatibilizers and aluminium hydroxide amount on the thermophysical and thermomechanical properties of polypropylene random copolymer/aluminium hydroxide composites” (Müxtəlif kompatibilizatorların və alüminium hidroksid miqdarının random polipropilen/alüminium hidroksid kompozitlərinin termofiziki və termomexaniki xassələrinə təsiri) adlı məqalədə üç müxtəlif kommersiya kompatibilizatorunun (DuPontTM Fusabond® P353 polymer modifier, ExxelorTM PO 1020, LIBAID T-2) random polipropilen/alüminium hidroksid (RPP/Al(OH)3) əsasında kompozitlərin termiki xassələrinə təsiri nəticələri barədə məlumat verilib. Alınan kompozitlərin termiki xassələri diferensial skanedici kalorimetr, termoqravimetrik analiz, derivativ termoqravimetriya və termomexaniki əyrilərdən istifadə etməklə təhlil edilib. Müəyyən edilib ki, RPP matrisində alüminium hidroksidin miqdarı kompatibilizatorun iştirakı ilə və onsuz termofiziki və termomexaniki xüsusiyyətlərin dəyişmə qanunauyğunluqlarına nəzərəçarpacaq dərəcədə təsir göstərir.
Qeyd edək ki, Web of Science™-in Science Citation Index Expanded™ (SCIE) beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə (bazasına) daxil olan jurnalın impakt faktoru 1.1-ə, SCOPUS CiteScor -u 1.9-a bərabərdir və “Clarivate Analytics”də kvartil kateqoriyası (Chemistry, Multidisciplinary) Q4-dür.
Tehsil-press.az