
Cəlilabad rayon prokurorluğundan Tehsil-press.az-a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sadıqov Hikmət Rafət oğlunun qeyd edilən tarixdə saat 20 radələrində qısqanclıq zəminində bacısı A.Cəfərovanı bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurub qəsdən öldürməsində əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Tehsil-press.az