Sertifikasiyadan keçənlərin maaş artımında dəyişiklik olacaq? - Nazirlikdən CAVAB

Sertifikasiyadan keçənlərin maaş artımında dəyişiklik olacaq? - Nazirlikdən CAVAB Ötən günlərdə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında sertifikasiyadan keçən müəllimlərin maaş artımının proporsional müəyyənləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib. Belə ki, 31 bal yığan müəllimlə 50 bal toplayan müəllim eyni artımı - cəmi 10 faizi ala bilir. Təklif edilib ki, 41-50 bal arası toplayan müəllimlərin maaş artımı 25 faiz və ya daha çox olsun.

Maraqlıdır, bununla bağlı Nazirlik tərəfindən yeni qərar qəbul edilməsi gözlənilirmi?

Mövzu ilə bağlı AzEdu.az Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarına əsasən, sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış təhsilverənlərin vəzifə maaşlarına tədris edilən dərs saatına görə 35%, keçid balını toplamış digər təhsilverənlərə isə 10% əlavələr tətbiq olunur:

"Hazırda sözügedən Qərarda dəyişiklik edilməsi məsələsi müzakirə mövzusu deyil",- deyə Nazirlikdən məlumat verilib.

Tehsil-press.az

Oxşar xəbərlər