Rafail Quliyev Ordubadda vətəndaşları qəbul edəcək

Rafail Quliyev Ordubadda vətəndaşları qəbul edəcək Sentyabrın 26-da, saat 10:00-da Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon sakinlərini qəbul edəcək

Qəbulda iştirak etmək istəyən vətəndaşlar www.nagro.gov.az elektron ünvanı vasitəsilə və ya (060) 596-69-62 nömrəsinə zəng etməklə əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Eyni gün Ordubad rayonunda kənd təsərrüfatı texnikasından istifadə edən vətəndaşlar üçün səyyar texniki xidmətlər də təşkil olunacaq. Aşağıdakı xidmətlər yerindəcə göstəriləcək:

• Nəqliyyat vasitələrinin qeydiyyata alınması

• Nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsi

• Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqələrinin verilməsi

• Etibarlıq müddəti bitmiş və ya yararsız hala düşmüş sürücülük vəsiqələrinin dəyişdirilməsi

Qeyd edək ki, Ordubad rayonunda əhalinin 63%-dən çoxu kənd təsərrüfatı ilə məşğul olur

Tehsil-press.az

Oxşar xəbərlər