Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində aparılan nəzarət tədbirləri zamanı qadağan olunmuş ov aləti - elektrik cərəyanı ilə balıq ovu edən şəxslər saxlanılıb. Qanunsuz ov edən Tovuz rayonunun Hunanlar kənd sakinləri - 2001-ci il təvəllüdlü Məmmədov Elnur Səməd oğlu və 1996-cı il təvəllüdlü Quliyev Taleh Salman oğlundan 1 ədəd rezin qayıq, 2 ədəd domca, 2 ədəd elektrik akkumulyatoru və 93 ədəd xramulya balığı maddi sübut kimi götürülüb. Təbiətə dəymiş ziyanın məbləği 1023 manat qiymətləndirilib və faktla bağlı cinayət işi başlanıb.
Ümumilikdə, qanunsuz balıq ovunun qarşısının alınması zamanı təbiətə 9198 manat zərər dəyməsi müəyyən edilib.
Qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiq dövlət qurumları tərəfindən reydlər davam etdirilir.
İctimaiyyətə bir daha xatırladırıq ki, qanunsuz balıq ovu qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcək.
Tehsil-press.az