Avtobusun qarşısını kəsdi, sürücünün üzünə tüpürdü - Video

Avtobusun qarşısını kəsdi, sürücünün üzünə tüpürdü - Video Bakıda avtomobil və avtobus sürücüləri arasında insident olub.
Hadisə 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobusun “Neftçilər” metrostansiyasının dayanacağına daxil olduğu zaman baş verib.
Görüntülərdə 99- AL-789 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtobusun hərəkət zolağında parklama etdiyi əks olunub. Avtobus sürücüsü xəbərdarlıq etdikdə isə həmin şəxs avtomobildən düşərək sərnişinlərin gözü qarşısında bu hərəkətinə haqq qazandıraraq sürücüyə hücum edib. Sonra isə ona hədə-qorxu gəlib.
Məsələ ilə bağlı “BakuBus” MMC-dən bildirilib ki, avtobusda olan onlarla sərnişinin gözü önündə sürücünü təhqir edən, ona hədə-qorxu gələn, üzünə tüpürən və beləliklə, yaşlı sürücünün şərəf və ləyaqətini alçaltmağa çalışan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Hadisəyə hüquqi qiymətin verilməsi və avtobusun normal fəaliyyətinə maneə yaradan, sürücünü təhqir edən şəxsin qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün lazım olan bütün tədbirlər həyata keçiriləcək.

[media=https://bax.tv/video/17210.html]

Tehsil-press.az

Oxşar xəbərlər