“Baku Bus”ın sürücüsü sükan arxasında infarkt keçirdi, qəza oldu - Yenilənib

“Baku Bus”ın sürücüsü sükan arxasında infarkt keçirdi, qəza oldu - Yenilənib Maştağa qəsəbəsində “Baku Bus”a məxsus marşrut avtobusu qəza törədib.

Hadisəyə səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.

Qeyd edək ki, avtobus depoya getdiyi üçün boş olub.

Hadisə zamanı xəsarət alan olmayıb.

***

“Baku Bus” MMC-dən cavab olaraq bildirilib ki, ötən gecə saat 23:20 radələrində MMC-nin istismarında olan 189 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-926 dövlət qeydiyyat nişanlı avtobus Maştağa qəsəbəsi, Nizami küçəsində yol nəqliyyat hadisəsinə uğrayıb.

İlkin ehtimala görə, nəqliyyat vasitəsini idarə edən sürücü Babayev Haşım ürək tutması ilə əlaqədar idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarında yerləşən marketə çırpılıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb və dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Sərnişinlər arasında xəsarət alan olmayıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 23:12-də Sabunçu rayonu, Maştağa, 293 saylı məktəbin yanı ərazisindən avtobus qəzası səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardıma ehtiyac olmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər