Bəs media sahəsində çalışanlara da bu qərar şamil olunacaq?
Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, gəlir vergisi vətəndaşların əməkhaqlarından tutulan vergidir:
"2026-cı il yanvarın 1-dən etibarən güzəşt müddətinin başa çatdığını nəzərə alsaq, yeni dərəcələr özəl sektorda çalışan və əmək müqaviləsi olan bütün vətəndaşlara şamil ediləcək. Bu isə o deməkdir ki, özəl sektorda çalışan bütün vətəndaşlar yeni dərəcələr üzrə vergiyə cəlb olunacaqlar. Təbii ki, buna media qurumlarında, o cümlədən özəl media strukturlarında və digər təşkilatlarda çalışan şəxslər də daxildir. Beləliklə, gəlir vergisi ilə bağlı müəyyən edilən yeni dərəcələr özəl sektorda çalışan bütün vətəndaşlara şamil olunacaq".
Tehsil-press.az