BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb

BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb Bakı Dövlət Universitetində (BDU) 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb.

Müsabiqə Komissiyasının qərarına əsasən, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi, Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Məhəmməd Bağır Bağırov təbiət-dəqiq və texnika elmləri üzrə “İlin gənc alimi” seçilib, diplom və pul mükafatı ilə təltif olunub.

Qeyd edək ki, BDU artıq altı ildir ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “İlin gənc alimi” müsabiqəsi elan edir. Müsabiqənin məqsədi BDU-nun yaşı 35-ə qədər, il ərzində aktiv fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olan magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Tehsil-press.az

Oxşar xəbərlər