BDU-nun 23 tələbəsi “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in qalibi olub

BDU-nun 23 tələbəsi “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in qalibi olub Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimi keçirilib.

Bu tədris ilində “Hənifə Məlikova-Zərdabi” adına təqaüd proqramından 93 tələbə qız faydalanacaq, onlardan 23-ü Bakı Dövlət Universitetinin (BDU) tələbəsidir.

Tədbirdə BDU-nun “Hənifə Məlikova- Zərdabi təqaüd proqramı” üzrə aylıq təqaüdü qazanan, həmçinin ali məktəbə qəbul imtahanlarında yüksək bal toplayan 23 tələbəsi – Aysevər Bağırova, Zəminə Nurəliyeva, Fatimə Axundzadə, Nəzrin Saadova, Leyla Abdullayeva, Aytən Hüseynli, Zeynəb Alıyeva, Aytac Kərimli, Sənubər Məmmədova, Aysu Axundova, Ayşə Mehrəliyeva, Duyğu Əsgərli, Mələk Şöyübova, Aylin Quliyeva, Aliyə Əsgərova, Fidan Ağasıyeva, Ağabikə İsrəfilova, Nuray Muradlı, Tamam Abbaslı, Elay Kərimli, Ünzülə Manaflı, Türkan İbrahimova və Aytac Paşayeva təltif ediliblər.

Qeyd edək ki, 2021-ci ildən həyata keçirilən təqaüd proqramının məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək və onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər