
BDU-dan bildirilib ki, bunlar BDU-nun Geologiya fakültəsinin geologiya və geofizika mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri Tural Murtuzov və Emin Zeynallı, Ekologiya və torpaqşünaslıq fakültəsinin ekologiya ixtisası üzrə IV kurs tələbəsi Günel Hacəliyevadır. Hər üç tələbə dövlət sifarişi əsasında təhsil alır.
“AzerGold” təqaüd proqramı peşə təhsilinin inkişafına töhfə vermək, müvafiq istiqamət üzrə ixtisaslı mütəxəssislər yetişdirmək və onların əmək bazarına uyğunlaşmasına dəstək olmaq məqsədi daşıyır. Sözügedən təqaüd proqramı 2021-ci ildən təsis edilib. 2024-2025-ci tədris ili üzrə 10 universitet və 2 peşə təhsili müəssisəsinin tələbəsi bu təqaüdə layiq görülüb. Bu günədək ümumilikdə ali təhsil üzrə 38, peşə təhsili üzrə isə 37 tələbə proqram çərçivəsində qalib olub və QSC-də istehsalat təcrübəsinə cəlb edilib.
Tehsil-press.az