Bakı Dövlət Universitetinin əməkdaşı “EcoMind 2025” konfransında spiker kimi iştirak edib

Bakı Dövlət Universitetinin əməkdaşı “EcoMind 2025” konfransında spiker kimi iştirak edib Bakı Dövlət Universitetinin (BDU) rektorunun katibliyinin referenti Qasım Xəlilov noyabrın 2-də IDEA İctimai Birliyi və Avropa Azərbaycan Məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilən “EcoMind 2025” konfransının “Dayanıqlı inkişaf məqsədləri: Hədəflər uğrunda birgə fəaliyyət” adlı panelində spiker olub.

Konfransın açılış mərasimində iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakının və ətraf mühitin qorunması prosesində onların məsuliyyətinin vacibliyinin vurğulayıb. O qeyd edib ki, hər bir məktəblinin ekoloji dəyərlərlə böyüməsi ölkənin yaşıl gələcəyinin təminatıdır.

Açılış mərasimində kənd təsərrüfatı naziri Məcnun Məmmədov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, millət vəkili Mehriban Vəliyeva, Azərbaycan Avropa Məktəbinin təsisçisi Tale Heydərov və “Think In” quruluşunun təsisçisi Rajiv Nandha iştirak ediblər.

Paneldə çıxışı zamanı Qasım Xəlilov Dayanıqlı İnkişaf Məqsədlərin (DİM) cəmiyyətdə və təhsildə istifadəsi, Azərbaycan təhsil müəssisələrinin, o cümlədən BDU-nun DİM-lərin yerinə yetirilməsindəki rolunu statistika və digər göstəricilərlə izah edib. Həmçinin, 4-cü məqsəd olan “Keyfiyyətli təhsil”, 16-cı məqsəd olan “Sülh, ədalət və səmərəli institutlar” və 17-ci məqsəd olan “Məqsədlər üçün tərəfdaşlıq” sahələrində gənclərin töhfəsindən danışıb.

Tehsil-press.az

Oxşar xəbərlər