Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağstafada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağstafada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağstafa və Şəmkir rayonunlarında olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat və digər məsələlərlə bağlı olub. AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Agentlik sədri Sərdar Hacıyev Ağstafa rayonunun Vurğun qəsəbəsində fermer Məmmədov İsmayıla məxsus heyvandarlıq təsərrüfatına və Poylu kəndində Vəliyev Səməndərə məxsus 2 ha üzüm bağına baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb. Görüşlərdə heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yemlənməsi və üzüm bağlarında aparılan aqrotexniki tədbirlər, eləcə də fermerlərə göstərilən aqrar xidmətlər barəsində fikir mübadiləsi aparılıb, müvafiq məsləhət və tövsiyyələr verilib.

Tehsil-press.az

Oxşar xəbərlər