Iyirmi il sözün keşiyində!

Iyirmi il sözün keşiyində! Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyi bu günlərdə özünün 20 yaşını qeyd edir. Təşkilat ötən illər ərzində həm ölkənin ictimai-siyasi, həm sosial-mədəni həyatında fəal iştirak etməklə bərabər, həm də beynəlxalq və regional tədbirlərdə dövlətmizin maraqlarını cəsarətlə qoruub. ADİM-in yaranması, əslində, ölkəmizdəki çoxsaylı qaçqın və köçkün ordusunun taleyinə beynəlxalq aləmin diqqətini çəkmək, atəşkəs rejimi şəraitində erməni seperatçılarının Azərbaycan əskərlərinə qarşı davamlı cinayətlərini dünyaya çatdırmaq, işğal olunmuş ərazilərimizdəki maddi-mədəni abidələrin məhv edilməsinə qarşı nüfuzlu beynəlxalq təşkilatları səfərbər etmək məqsədi daşıyırdı. Təşkilat təxminən 15 il müddətində onlarla beynəlxalq və regional görüşdə qeyd edilən məsələlər üzrə ciddi faktlar qaldırmış, qərar və qətnamələrin qəbul edilməsinə nail olmuşdur.

Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyasını əsas görtürən ADİM Azərbaycanda yaşayan xalqların ölkə başçısı və dövlətçilik ətrafında sıx birləşməsi istiqamətində də bir çox etniklərarası və konfessiyalarası tədbirlərə rəhbərlik etmiş, ölkəmizin sosial-iqtisadi, hərbi-siyasi yüksəlişinin tarixən Azərbaycanda yaşayan xalqların mıhkəm birliyindən asılı olduğunu göstərmişdir. Etiraf edək ki, İkinci Vətən müharibəsində qələbənin əldə olunmasında xalq-Prezident vəhdəti mühüm rol oynamışdır. Bugünkü zəfər ölkəmizdə yaşayan bütün xalqların birgə əməyinin və mübarizəsinin nəticəsidir.

Təşkilat bu gün Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərin gənclər tərəfindən mənimsənilməsi, onların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ölkənin orta və ali məktəblərində davamlı iş aparır, tədbirlər, görüşlər keçirir.

Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyi daim dövlətçiliyimizin keşiyində dayanmış, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olunması istiqamətində mühüm və səmərəli işlər aparmaqdadır. Təşkilat iyirmi il ərzində medianın inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına, informasiya şəffaflığının təşviqinə böyük töhfələr verib.

İctimai birlik günün aktual məsələləri üzrə tez-tez treninq və təlimlər keçirir və bu günlərdə keçirilən həmin tədbirlərdən birində reketçi jurnalistikanın qarşısının alınmasına, mətbuatın obyektiv və qərəzsiz olmasına nail olmaq yolları müzakirə edilmişdir. ADİM son tədbirlərinin birində xaricdə yaşayıb, ölkəmizə qarşı daim şər-böhtan yağdıran “junalistikanın” düşmən əlində oyuncaq olmasını faktlarla sübut etmişdir.

Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyi bu gün erməni vandalizminin əli ilə məhv edilmiş maddi-mədəniyyət abidələrimizin kataloqlarının hazırlanması və nüfuzlu təşkilatlara təqdim edilməsi işi ilə məşğul olur. Bundan əlavə, təşkilat həm də Azərbaycan dövlətinə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində həyata keçirilən iqtisadi və hüquqi tədbirlərin də fəal iştirakçısıdır.

Bu gün Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinə iyirmi yaşını qeyd edir, ona fəaliyyətində, müvəffəqiyyətlər diləyirik.

İbrahim Quliyev


Tehsil-press.az

Oxşar xəbərlər