Bu barədə Pakistan Baş naziri X hesabında yazıb.
"Azərbaycandan qayıtdıqdan sonra öyrəndim ki, partiyamıza mənsub olan bəzi senatorlar Baş nazirin toxunulmazlığı ilə bağlı düzəliş təqdim ediblər.
Onların yaxşı niyyətli olduğunu qəbul etsəm də, təklif Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş layihənin bir hissəsi deyildi. Mən onun dərhal geri götürülməsini tapşırdım.
Prinsip etibarilə, seçilmiş Baş nazir həm məhkəmə, həm də xalq qarşısında tam məsuliyyət daşımalıdır."
Xatırladaq ki, Şahbaz Şərif ötən gün Bakıda keçirilmiş hərbi paradda iştirak edib.
Tehsil-press.az








